Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:30

-

İyunun 7-də Hillary Clinton özünü Demokrat Partiyasından ABŞ Prezidentliyinə namizəd elan edib. Prezident Barack Obama bu münasibətlə onu təbrik edib.

Keçmiş birinci ledi, ABŞ senatoru və dövlət katibi olmuş Clinton rəqibi Bernie Sanders üzərində qələbəsini elan edib. 68 yaşlı Clinton Nyu Cersidə praymerizdə qələbə çalandan az sonra, Bruklində tərəfdarları qarşısında çıxış edib.

“Çox təşəkkür edirəm, bir hədəfə çatdıq. Ölkəmizin tarixində ilk dəfə olaraq böyük bir partiyanın namizədi qadın olacaq”, Clinton deyb.

Ağ Evin məlumatına görə, Prezident Obama həm Clintona zəng edərək onu təbrik edib, həm də Sanders-lə danışıb. Sanders hələlik məğlubiyyətini qəbul etmir və Obama iyunun 9-da onunla görüşəcək.

ABŞ-da prezident seçkisi noyabrın 8-də olacaq.

Respublikaçılardan isə Donald Trump altı ştatda rahatca qələbə qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG