Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:42

Atəş səsləri azalır


Qarabağda erməni əsgər.
Qarabağda erməni əsgər.

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi ümumilikdə 15 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndi atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin vurulduğu açıqlanıb.

Habelə, Goranboy və Xocavənd rayonları istiqamətindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulduğu qeyd edilir.
Müdafiə Nazirliyinin iyunun 7-dəkı açıqlamasında atəşkəsin gün ərzində 32 dəfə pozulduğu bildirilirdi

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Yaranmış gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Həmin görüşdə atəşkəsin gücləndirilməsi müzakirə edilib. Görüşdən sonra atəşkəsin pozulması halları nisbətən azalıb.

XS
SM
MD
LG