Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

BMT-nin qaçqınlar üzrə idarəsinin məlumatına görə, 2014-cü ildən bu yana Aralıq dənizi ilə Avropa Birliyinə keçmək istəyərkən 10 mindən qaçqın ölüb.

İdarənin iyunun 7-də yaydığı hesabata görə təkcə son həftələrdə dənizdə yüzlərlə miqrant batıb.

Ümumilikdə isə ilin əvvəllərindən bu yana dənizdə azı 2 814 miqrant batıb.

Qeyd edək ki, qaçqınların əksəriyyəti Yaxın Şərq və Şimali Afrika ölkələrindəndir, xüsusilə də Suriya, İraq və Əfqanıstandan.

Onlar bu marşurutla Türkiyə, Yunanıstan və Balkan ölkələri vasitəsi ilə daha varlı Avropa Birliyi ölkələrinə keçməyə can atırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG