Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:50

İngiltərə millisi Fransada keçiriləcək Avropa Çempionatında Rusiya millisi ilə ilk görüşə hazırlaşır.

Komanda iyunun 7-də ilk açıq məşqini keçirib.

4 gündən sonra onlar qrup çərçivəsində Rusiya millisi ilə ilk oyuna çıxacaqlar.

Şaniyi şəhərinin məktəbliləri baş məşqçi Roy Hodcson üçün “Allah karliçanı qorusun” himninin öz versiyalarını ifa ediblər.

İngiltərə millisində Harri Keyn və Dele Alli kimi ümidverici gənc oyuçular və Rusni kimi bərkimiş oyunçular var.

İngiltərə yığmasının forvardı Daniel Starric deyir ki, onlar Rusiyanı məğlub eləmək ümidindədirlər, amma ilk oyun turnirdə uğura təminat vermir:

“Demək istəməzdim ki, bu görüşdə mütləq qalib gəlmək lazımdır. Qrupda 3 oyun var. Bu onlardan biridir. Hər bir oyuna eyni ruhda çıxacağıq-mümkün qədər yaxşı oynamaq və məşqçinin tapşırıqlarını yerinə yetirmək”, deyə o bildirib.

İngiltərə-Rusiya görüşü iyunun 11-də Marseldəki “Veledrom” meydanında keçiriləcək.

Onların B qrupunda rəqibləri Uels və Slovakiya milliləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG