Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:25

-

Ukraynanın Azərbaycanla 10 “An-78” hərbi nəqliyyat təyyarəsinin satışı haqqında müqavilə imzaladığı bildirilir.

Turan-ın xəbərinə görə, bu barədə Ukrayna baş naziri Vladimir Qroysman məlumat açıqlayıb.

“”An-178”-lər Azərbaycanda uçacaq. Azərbaycan şirkəti ilə 10 “An-178” təyyarəsinin alınması haqqında müqavilə imzalanıb”, deyə Qroysman öz Twitter mikrobloqunda yazıb. Bu seriyalı təyyarələri Ukraynanın “Antonov” konserni istehsal edir.

“An-178” 18 tona yaxın yük daşıya və torpaq aerodromlarda işləyə bilir. Əsas xüsusiyyətlərinə və nəqliyyat imkanlarına görə“An-12”-dən üstündür. Daha çox uçuş uzunluğuna və yüksəkliyinə malikdir. “An-178”-in qiyməti komplekt hissələrindən asılı olaraq 40 mln. dollara yaxın və daha çox ola bilər.

V.Qroysman Azərbaycanda bu təyyarələri hansı şirkətin aldığını açıqlamır.

Mütəxəsislərin fikrincə, “An-178” Azərbaycan Hərbi Hava Qüvvələrinin nəqliyyat potensialını xeyli artıracaq.

Bu təyyarələrdən hərbi texnikanın və canlı qüvvənin döyüş əməliyyatları zonasına tez çatdırmaqdan ötrü istifadə olunur. Həmçinin ondan müəyyən yerlərə desant çıxarmaq məqsədi ilə yararlanmağı mümkün sayırlar.

Bu gün «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov isə bildirmişdi ki, Ukrayna ilə «An-178» tipli təyyarələrin birgə istehsalını nəzərdə tutan plan üzərində işləyirlər. «Hazırda bu məsələyə Azərbaycan hökuməti baxır. Hökumətimiz adından yalnız onu deyə bilərəm ki, biz «An-178» tipli təyyarələrin Azərbaycan ərazisində yığılmasının tərəfdarıyıq. Biz ümid edirik ki, 2018-ci ilin ortalarında artıq Azərbaycanda ilk «An-178» tipli təyyarənin istehsalı üçün hər şey hazır olacaq», - deyə C.Əsgərov qeyd etmişdi.

Həmçinin baxın - Youtube Səhifəmizdən izləyin:

Günün bütün mövzuları

XS
SM
MD
LG