Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:36

Suriya ordusu “İslam Dövləti” qrupunun nəzarətində olan Rakka şəhərinin 25 kilometrliyinə yaxınlaşıb.

Döyüşlərdə Rusiyanın hərbi təyyarələri də iştirak edir.

Bu şəhər 2014-cü ildən yaraqlıların nəzarətindədir.

Məlumatı Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzi də təsdiqləyib.

Suriyanın dövlət KİV-lərinin məlumatına görə, aviasiya qüvvələri yaraqlıların Rakkadakı mövqelərini vurmaqda davam edir.

Suriya televiziyası hərbi hava qüvvələrinin yaraqlılara məxsus bir neçə maşını məhv etdiklərini xəbər verir.

Hücum ötən həftədən başlayıb.

Hüquq müdafiəçilərinin məlumatına görə, əsas məqsədlərdən biri yaraqlıların nəzarətində olan Tabka şəhərindəki hərbi aerodromu ələ keçirməkdir.

Rakka əyaləti “İslam Dövləti” qrupunun əsas dayaq məntəqələrindən biridir.

5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

XS
SM
MD
LG