Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:36

Beynəlxalq Kosmik Stansiyanın eyət üzvləri doldurulmuş modulun sınağına başlayıblar.

“Biqelo Eyrspeys” şirkətindən olan doldurulmuş BİM yaşayış modulunun müəllifləri belə düşünür.

Mühəndislər Ceff Uilyamsla Olqe Skripoçka bazar ertəsindən yeni hissənin tətqiqatına başlayıblar.

Onlar içəridə hərarət və şüalanma da daxil olmaqla, kosmik faktorların modula təsirini qeydə alan sensorlar quraşdırmalıdırlar.

BİM modulu stansiyaya mayın sonunda çatdırılıb. Onu ikinci cəhddə doldura biliblər və qurğu kiçik yataq otağı qədər böyüyüb.

Modul , onun belə bir çətin şəraitdə fəaliyyət göstərə bilməsini öyrənmək üçün 2 il stansiyada qalmalıdır.

O, gələcəkdə kosmosdakı metal qurğunu əvəz eləməlidir.

Bu cür yumşaq modulların orbitə çatdırılması xeyli ucuz başa gəlir, və onun izolyasiyası astronavtları şüalanmadan daha yaxşı qoruyur.

“Biqelo Eyrspeys” şirkətinin mühəndialəri hesab edir ki, bu cür modullardan gələcəkdə Marsda 3 illik ekspedisiyalarda istifadə oluna bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG