Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:33

“Forbes”jurnalı dünyanın ən nüfuzlu qadınlarının siyahısını dərc edib.

Siyahıya 6-cı dəfədir ki, dalbadal Almaniya kansleri Angela Merkel başçılıq edir.

Almaniyanın ilk qadın rəhbəri Merkel müxtəlif nəşrlərin versiyasında dəfələrlə ilin adamı seçilib.

Onu daha çox britaniyalı “ Dəmir xanım” Marqaret Tetcerlə müqaisə edirlər.

İkinci yerdə isə ABŞ prezidentliyinə namizəd, keçmiş prezident Bill Clintonun həyat yoldaşı və 67-ci Dövlət katibi Hillary Clinton gəlir.

Onun ardınca isə ABŞ Federal Ehtiyyatlar İdarəsinin ilk qadın rəhbəri Cannet Yellen gəlir.

ABŞ-ın birinci xanımı Mişel Obama da siyahıya düşüb, amma 13-cüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG