Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:10

Azərbaycanda «An-178» təyyarələri yığılacaq


An-178
An-178

-

Azərbaycan Ukrayna ilə aviasiya sənayesi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

APA-nın xəbərinə görə, bunu «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov bildirib.

Onun deməsinə görə, tərəflər «An-178»" tipli təyyarələrin birgə istehsalını nəzərdə tutan plan üzərində işləyir. Təyyarələrin yükgötürmə qabiliyyətinin 18 ton olması planlaşdırılır.

«Hazırda bu məsələyə Azərbaycan hökuməti baxır. Hökumətimiz adından yalnız onu deyə bilərəm ki, biz «An-178» tipli təyyarələrin Azərbaycan ərazisində yığılmasının tərəfdarıyıq. Biz ümid edirik ki, 2018-ci ilin ortalarında artıq Azərbaycanda ilk «An-178» tipli təyyarənin istehsalı üçün hər şey hazır olacaq», - deyə C.Əsgərov qeyd edib.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalıda izləyin!

XS
SM
MD
LG