Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:11

-

Təhqiqatçılar Ukraynada Malayziya təyyarəsinin qəzaya uğradığı yerdən «Buk» raketinin komponentini tapıblar.

Vahid Təhqiqat Komandası iyunun 6-da «Venturi» adlanan komponentin fotosunu dərc edib.

Niderland təhqiqatçılarının sözlərinə görə, onlar Rusiyadan «Buk» barədə daha çox informasiya istəyiblər.

2014-cü ilin iyulunda qəzaya düşmüş «Boeing 777» təyyarəsində 298 nəfər həlak olub.

Qərb və Ukrayna təyyarəni rusiyapərəst separatçıların «Buk» raketi ilə vurduğunu deyir. Rusiya isə, əksinə, MH17 reysini Ukrayna qüvvələrinin vurub yerə saldığını bildirir.

«Boeing 777» Amsterdamdan Kuala-Lumpura uçurdu. Separatçıların nəzarətində olan ərazidə qəzaya düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG