Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:02

-
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi ümumilikdə 32 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ağdam, Xocavənd, Füzuli və Goranboy rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyinin iyunun 6-dakı açıqlamasında da atəşkəsin gün ərzində 32 dəfə pozulduğu bildirilirdi

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Yaranmış gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Həmin görüşdə atəşkəsin gücləndirilməsi müzakirə edilib. Görüşdən sonra atəşkəsin pozulması halları nisbətən azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG