Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:43

-

Makedoniya Prezidenti Gjorge Ivanov səsdinləmə qalmaqalında adı çəkilən rəsmilərin əfv olunmasıyla bağlı qərarını ləğv edib. Bunu ölkə müxalifəti, Avropa Birliyi və Birləşmiş Ştatlar tələb edirdi.

Ötən il Avropa Birliyinin vasitəçiliyi ilə əldə olunmuş razılaşmaya görə, Makedoniyanın siyasi partiyaları erkən seçki keçirilməsinə razılaşıblar. Həm də razılığa gəlinmişdi ki, keçmiş baş nazir Nikola Gruevski və yaxın müttəfiqlərinin 20 mindən çox insanın dinlənilməsinə icazə verilməsinə dair iddialar araşdırılsın.

Ancaq Ivanov apreldə həmin qalmaqalda adı hallandırılan 56 rəsmini əfv etdi. Bu da ölkə boyunca etirazlara səbəb oldu, sonucda iyunun 5-nə təyin olunmuş seçki ertələndi.

Makedoniya parlamentinin ötən ay qəbul etdiyi qanunvericilik Ivanov-un 22 siyasətçinin əfv fərmanının ləğvinə imkan verdi. İyunun 6-da isə qalan 34 nəfərin əfv fərmanı ləğv olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG