Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:07

-

Rusiyanın Sankt Peterburq şəhərində yüzlərlə etirazçı yeni körpünün Çeçenistanın mərhum prezidenti Akhmad Haji Kadyrov-un şərəfinə adlandırılmasına etiraz nümayişi keçiriblər.

İyunun 6-da Marsovo Polye-də keçirilən yürüşdə etirazçılar Kadyrov-un bu şəhərə bağlılığı olmamasından gileyləniblər.

Çeçenistanın indiki prezidenti Ramzan Kadyrov-un atası Akhmad Haji Kadyrov 2004-cü ildə bomba partlayışında öldürülüb.

nsan haqları fəalları hər ikisinin hakimiyyəti dövründə işgəncə, adam oğurluğu, edam hallarının artdığını bildirir.

Kadyrov-un adının bir körpüyə verilməsi ötən ay təklif olunub. Onlayn petisiyada bu təklifə qarşı 70 min imza toplanıb.

Tanınmış müxalifət lideri Ilya Yashin deyib ki, bu təklif “təkcə Sankt Peterburq rəhbərliyi deyil, bütün ölkəyə üzqarasıdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG