Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:53

Qubada doğuşdan sonra ölüm


Foto illüstrasiya
Foto illüstrasiya

-

Quba rayonunda doğuşdan sonra ölüm hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Rustov kənd sakini, 25 yaşlı Aygün Kərimova doğuşdan sonra baş verən qanaxma nəticəsində vəfat edib.

Aparılan tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Onun dünyaya gətirdiyi uşaq sağ qalıb.

Ana ölümünün səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Quba Rayon Prokurorluğu araşdırmaya başlayıb.

Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasının sədri Sevinc Məmmədova bu günlər bildirmişdi ki, getdikcə ana ölümlərinin sayı azalır. Bu il cəmi 10 ölüm hadisəsi baş verib.

2015-ci ilin doğuş, habelə doğuş zamanı ölüm halları ilə bağlı statistikası Dövlət Statistika Komitəsinin saytına daxil edilməyib.

2014-cü ilin statistikasına görə, Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə 25 ana vəfat edib.

Bu sahədə araşdırma aparan ekspertlər dövlət statistikasının «yumşaq» olduğunu deyirlər. Onların deməsinə görə, doğuş zamanı baş verən ölümlərin çoxu «ana və uşaq ölümü» kimi qeydə alınmır.

XS
SM
MD
LG