Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:01

İ Əliyevin Almaniyada görüşləri davam edir


İlham Əliyev və Angela Merkel
İlham Əliyev və Angela Merkel

-

Azərbaycan prezidenti İlham Əliyev iyunun 6-da Berlində Münhen Təhlükəsizlik Konfransının sədri Wolfgang Friedrich Ischinger ilə görüşüb.

President.az saytının xəbərinə görə, görüşdə Azərbaycan ilə Münhen Təhlükəsizlik Konfransı arasında yaxşı əməkdaşlığın olduğu bildirilib. Azərbaycanın dünyada təhlükəsizliyin təmin olunması işinə verdiyi töhfənin əhəmiyyəti qeyd edilib

Söhbət zamanı aprelin əvvəlində Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlar və bütünlükdə bu münaqişənin həlli ətrafında geniş fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev bundan əvvəli isə «Airbus Group» şirkətinin icraçı vitse-prezidenti Jean-Pierre Talamoni və Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hanns-Eberhard Schleyer ilə görüşmüşdü.

İ.Əliyev iyunun 6-da Almaniyaya rəsmi səfərə gedib. Almaniya kansleri Angela Merkel-in bu gün onu qəbul edəcəyi gözlənir.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

XS
SM
MD
LG