Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:58

-

Qırğızıstanın Daxili İşlər Nazirliyi bildirir ki, qonşu Qazaxıstanda terror hücumlarından sonra bu ölkədə yüksək təhlükəsizlik tədbirləri görülüb.

Nazirliyin sözçüsü iyunun 6-da deyib ki, nazirliyin tam heyəti yüksək səviyyəli döyüş hazırlığına gətirilib.

Nazirlik bildirir ki, iyunun 6-7-də Bişkekdə keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında görə özəlliklə tədbirlərin görülməsi gərəkib.

Məlumatda Qazaxıstanın Aktobe şəhərində terrorçu və ekstremist qurumların fəaliyyəti gücləndirdiyi, “bir qrup dini radikalın” iki silah mağazasına və hərbi hissəyə hücum etdiyi vurğulanır.

İyunun 5-də Aktobedə törədilən hücumlarda 6 nəfər öldürülüb, 38 nəfər yaralanıb. Qazaxıstan antiterror əməliyyatında 12 şübhəlinin öldürüldüyünü, 6 nəfərin yaralandığını bildirir. Doqquz şübhəli saxlanıb, daha 6-7 nəfər axtarılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG