Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:16

-

İyunun 6-da NATO üzvləri və tərəfdaşları Polşada ən böyük təlimə başlayıb. Anaconda-16 adlı təlimlər iyunun 16-dək davam edəcək. Bu təlimlər Mərkəzi və Şərqi Avropa ölkələrinin getdikcə aqressivləşən Rusiyaya qarşı daha güclü təhlükəsizlik təminatı axtardığı bir dönəmə təsadüf edir.

Təlimdə Polşadan, Birləşmiş Ştatlardan və NATO-nun digər 17 üzv ölkəsindən 31 min hərbçi iştirak edir.

NATO qüvvələri və tərəfdaş ölkələri iyunun 3-də Qara Dəniz regionundan BALTOPS adlı təlimlərə də başlayıblar. Bu təlimlər iyunun 18-dək çəkəcək.

Rusiyanın NATO-da daimi nümayəndəsi Aleksandr Grusho iyunun 6-da deyib ki, Moskva Baltikdəki təlimləri diqqətlə təhlil edəcək və onların Rusiyaya hər hansı təhlükə yaradıb-yaratmadığını dəyərləndirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG