Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:47

Tanınmış şahmat ustası,1970-1980-ci illərdə dünya dünya çempionluğuna iddiaçı Viktor Korçnoy İsveçrədə vəfat edib.

Bu barədə onun oğlu İqor Korçnoy özünün “Feysbuk” səhifəsində yazıb.

Viktor Korçnoyun 85 yaşı var idi.

Qroysmestr Viktor Korçnoy 1976-cı ildə siyasi motivlə keçmiş Sovet İttifaqındanQərbə mühacirət edib.

1978-1981-ci ildə dünya çümpionatında rusiyalı qroysmestr Anatoli Karpovla dünya birinciliyi uğrunda mübarizə aparıb, amma hər iki yarışda məğlub olub.

Həmin oyunlar “soyuq müharibə” dövrünün parlaq epizodlarından birinə çevrilir və Sovet İttifaqında ona qarşı təbliğat kampaniyası başlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG