Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:09

-

İyunun 6-da Mədəniyyət və Turizm Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə 10 saylı cəzaçəkmə müəssisəsində “Yarımçıq xatirələr” filmi nümayiş olunub.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, "tədbirin təşkilində əsas məqsəd, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, azadlıqdan məhrum edilmiş şəxsləri Azərbaycan kinosunun yeni nailiyyətləri ilə tanış etməkdir."

Mərasimdə çıxış edən 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi Eyvaz Əsgərov azadlıqdan məhrum edilmiş şəxslərin asudə vaxtlarının səmərəli təşkil olunması üçün hər cür şərait yaradıldığını. müəssisədə klub, kitabxana fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov tədbirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib: "Hər bir ölkə vətəndaşı kimi, məhbus həyatı yaşayan insanlar da bizim üçün əzizdir. Hər birimiz onların islah olunaraq yenidən cəmiyyətə dönməsində əlimizdən gələn köməyi göstərməliyik."

Daha sonra rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmi nümayiş olunub.

2015-ci ildə ekrana çıxan film 1941-ci ildə Brest qalasını faşistlərdən qorumuş və 50 ildən sonra Dağlıq Qarabağın müdafiəsinə qalxmış bir əsgərin taleyindən bəhs edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG