Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:43

-

Almaniyada səfərdə olan prezident İlham Əliyevin Berlində görüşlərə başladığı bildirilir. Ölkə başçısının “Airbus Group” şirkətinin icraçı vitse-prezidenti Jan Pier Talamoni ilə görüşdüyü qeyd edilir.

Bu haqda ölkə başçısının rəsmi internet saytı xəbər verir.

Xəbərə görə, görüşdə Azərbaycanla “Airbus Group” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu vurğulanıb. Tərəflər AZAL ilə “Airbus Group” arasında və kosmik sənaye sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Ölkə başçısının daha sonra Berlində Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer və qurumun digər üzvləri ilə görüşdüyü bildirilir.

Xəbərdə qeyd edilir ki, görüşdə Azərbaycanla Almaniya arasında münasibətlərin hazırkı səviyyəsindən razılıq ifadə olunub.

Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə həyətinin üzvlərini apelin əvvəlində Qarabağ cəbhəsində baş verən gərginliklər barədə məlumatlandırıb. Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

İ.Əliyev İyunun 6-da Almaniyaya rəsmi səfərə gedib. Almaniya kansleri Angela Merkelin iyunun 7-də onu qəbul edəcəyi gözlənir.

Ötən həftə Almaniya bundestaqı qondarma “erməni soyqırımı ” ilə bağlı qətnamə layihəsini qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən sənədi sərt tənqid etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG