Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:17

İyunun 6-da Moskvada Rusiya və Finlandiya xarici işlər nazirlərinin görüşü olub.

Görüşdə ikitərəfli münasibətlər və digər regional problemlər müzakirə olunub.

Sergey Lavrovla Timo Soyni görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Soyni Finlandiyanın İsveç və NATO ilə hərbi əməkdaşlığı dərinləşdirmək planını şərh edərkən deyib ki, məqsəd öz təhlükəsziliyimizə təminat verməkdir, burda elə bir başqa mqsəd yoxdur.

O qeyd edib ki, Finlandiya bu cür qərarları müstəqil şəkildə verir.

Lavrovsa qeyd edib ki, Moskva NATO-nun şərqə doğru genişlənməsinə qarşı mənfi siyasətini gizlətmir və buna uyğun şəkildə cavab veriləcək.

O qeyd edib ki, Moskva NATO-nun gərbi infrastrukturunun onun sərhədlərinə doğru hərəkəti və blokun hərbi fəaliyyətinə digər ölkələri cəlb etməsinə qarşı mənfi münasibətini gizlətmir.

Qeyd edək ki, Rusiya qətişəkildə NATO-nun Şərqə doğru genişlənməsinə qarşıdır.

Rusiyanın 2014-cü ildə ilhaqı və Ukraynanın şərqindəki münaqişədən sonra isə Qərblə Rusiya arasında münasibətlər daha da pisləşib.

ABŞ və Avropa Birliyi buna görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG