Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:13

-

May ayında gömrük daxilolmaları azalıb. Ötən ay Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 206 milyon 272.78 min manat köçürülüb.

Komitənin məlumatında belə deyilir.

Qeyd olunan göstərici aprel ayının daxilolması ilə müqayisədə 9,2 faiz azdır. Apreldə komitə büdcəyə 227 milyon 396 min manat ödəmişdi.

Aprelə nisbətən daxilolmanın aşağı düşməsi gömrük rüsumu və ƏDV üzrə yığımlarının azalması ilə izah olunur.

May ayında gömrük rüsumları üzrə daxilolmalar 49351.15, apreldə isə 54201.72 milyon manat olub.

Apreldə 145577.24 manat olan ƏDV yığımları mayda 128374.22 manata düşüb.

Mayda aksizlərdən daxilolmalar 16255.61, yol vergilərindən isə 12291.8 manat təşkil edib. Apreldə həmin göstəricilər 15615.22 və 12002.55 manat olub.

Dövlət Gömrük Komitəsi büdcəyə, yanvarda 103 milyon 626 min, fevralda 139 milyon 635.7 min, martda isə 173 milyon 653.49 min manat köçürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG