Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:28

-

İyunun 6-da prezident İlham Əliyev Almaniya Federativ Respublikasına gedib.

AZƏRTAC-ın xəbərinə görə, Berlin şəhərinin Tegel hava limanında onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Almaniya kansleri Angela Merkelin iyunun 7-də prezident İlham Əliyevi qəbul edəcəyi gözlənir.

Bunu iyunun 3-də Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bəyan etmişdi.

“İkitərəfli əməkdaşlıq məsələləri, Azərbaycandakı vəziyyət, habelə Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olacaq ”, - deyə o qeyd etmişdi.

Ötən həftə Almaniya bundestaqı qondarma “erməni soyqırımı ” ilə bağlı qətnamə layihəsini qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən sənədi sərt tənqid edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG