Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:04

Fransa prezidenti Francois Hollande ölkədə keçiriləcək futbol üzrə Avropa Çempinatı dövründə terror təhlükəsini etiraf edib.

Amma o deyib ki, bu vətəndaşları qorxutmamalıdır və təhlükəsizliyin qorunması üçün lazımi tədbirlər görüləcək.

Francois Hollande Fransa radiosuna müsahibəsində deyib ki, çempionat vaxtı oyunların keçiriləcəyi 10 şəhərin mühavizəsinə əlavə 90 min qüvvə cəlb ediləcək.

Çempionat iyunun 10-da başlayır.

Qeyd edək ki, ötən ilin noyabrında Parisdə törədilən terror aktlarından sonra ölkədə terror təhlükəsinin həddi hələ də yüksək olaraq qalır.

“İslam Dövləti” qrupu bundan əvvəl müsəlmanlar üçün müqəddəs “Ramazan” ayında tərəfdarlarını fəal olmağa çağırıb.

Qeyd edək ki, ötən ilin noyabrında Parisdə 130 , bu ilin aprelində isə Brüsseldə 30-dan çoxadamın ölümü ilə nəticələnən terror aktlarına görə cavabdehliyi bu qrup üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG