Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:59

Sabah da dolu gözlənilir


Dolu
Dolu

-

İyunun 7-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 17-21, gündüz 24-29, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

Sabah bəzi rayonlarda isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimal edilir. Gecə 14-19, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Son günlər ölkənin Qərb rayonlarına dolu düşür. Nəticədə əkin sahələrinə ciddi ziyan dəydiyi bildirilir.

XS
SM
MD
LG