Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:07

-

Qazaxıstan polisi bildirir ki, ötən gecə Aktobe şəhərində beş silahlı öldürülüb, iki nəfər yaralanıb. Ötən gecə hərbi hissəyə və iki silah mağazasına hücum edənlər altı nəfəri qətlə yetirib.

“Aktobedə durum sabitdir, obyektlər, ictimai nəqliyyat normal qaydada işləyir” Daxili İşlər Nazirliyi iyunun 6-da yaydığı bəyanatda bildirir.

Bir gün öncəki hücumu islamçı yaraqlıların törətdiyi və hökumətin “antiterror əməliyyatı” apardığı qeyd olunur.

Qazaxıstanın bir neçə böyük şəhərində təhlükəsizlik işçiləri keşik çəkir.

İyunun 5-də həyata keçirilmiş hücumların motivi bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG