Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:26
Euro 2016
Euro 2016

AzadliqLive -Çempionatın ən bahalı komandası Belçikadır

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

20:35 10.6.2016

Bu günki AzadlqLive-da:

Formula 1-dən hamı qazanmaq istəyir

Eldar Həbibov: "Həmişə evi 40 manata kirayə verirdim, indi ümid edirəm 50 manata verə biləcəm"
Gözlə

No media source currently available

0:00 0:00:04 0:00
Direct-ə keçid

Ev dəllalı Güllü Əhmədova: Kirayə götürmək istəyənlər çox olmasa da, evlərini təklif edənlər əməlli-başlı artıb
Gözlə

No media source currently available

0:00 0:00:08 0:00
Direct-ə keçid

Xarici turistlər Formula-1 haqda danışırlar
Gözlə

No media source currently available

0:00 0:00:19 0:00
Direct-ə keçid

Fransada futbol üzrə Avropa birinciliyi başlanır

Milli Şura sədri Cəmil Həsənli Sovetskidə sökülən binalardan, aprel döyüşlərindən və Vyana danışıqlarından sonra Qarabağ probleminin həllinin indiki durumundan danışır

17:57 10.6.2016

Yeni ulduzlar

Futbol üzrə Avropa birinciliyində parlayacaq gənc futbolçular arasında ən çox adı çəkilən yəqin ki, almaniyalı 20 yalşı Leroy Sanedir. Britaniya mediasının məlumatlarına görə, ona görə Avropanın ən məşhur klubları Almaniyanın Schalke 04 klubuna 60 milyon funt sterlinqəcən pul təklif edirlər

Leroy Sanenin atası - Seneqal yığmasında oynayan Suleyman Sane Almaniyada klubda məşhur bombardir olub.

17:25 10.6.2016

Yeni ulduzlar - Marcus Rashford

Fransada futbol üzrə Avropa birinciliyində yeni hansı ulduzlar parlaya bilər?

Bunlardan biri 18 yaşlı Marcus Rashforddur. Onun Manchester Uniteddə 4 aydan da az oynamağı bəs edib ki, onu yığmaya götürüblər.

Rashford Manchester Uniteddə elə meydana çıxdığı ilk oyunda, İngiltərə yığmasında ilk oyunda, eləcə də gənclər yığmasında ilk oyunda qol vurub. Bu baxımdan o, rekordçudur. Rashford yığmada qol vuran ən gənc oyunçudur. O, Tommy Lowtonun 1938-ci ildən bəri dəyişməz qalan rekordunu təzələdi.

Marcus Rashfordun yeganə problemi o ola bilər ki, onu meydana buraxmasınlar, ya da az buraxsınlar, çünki bu ilki İngiltərə yığmasının hücum xəttində çox güclü oyunçular var.

16:58 10.6.2016

Qohumlarından imtina edib, yenə təzyiq edirlər

Xaricdən yayımlanan Meydan TV-nin əməkdaşı Həbib Müntəzir yaxınlarına qarşı təzyiqlərə başlandığını bildirib. O, özünün facebook səhifəisində bu haqda yazır.

“Srağagün doğulub-böyüdüyüm evə gedib, bibimi, əmilərimi dindiriblər. Bu gün (10 iyun) də dayılarımı aparıblar.Mənimlə dost olanlardan bir neçəsini sorğulayıblar. Mənə görə, qohumlarıma təzyiq etməyə, məni dostlarımla qorxutmağa çalışırlar ”- deyə H.Müntəzir qeyd edib.
H. Müntəzir bəyan edib ki, heç bir qohumu ilə əlaqəsi yoxdur.

“Onların hamısından imtina etmişəm. İstəyirsiniz imtina məktubu yazdırın, xeyri yoxdur ” - yazan Meydan TV-nin əməkdaşı basqıların onu mövqeyindən çəkindirə bilməyəcəyini vurğulayıb.

Davamı

XS
SM
MD
LG