Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:01

-

Xəzər Rayon Məhkəməsi sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin cəzadan vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxıb.

«Report»un xəbərinə görə, məhkəmə ərizəni rədd edib.

Qərardan narazı qalan N.Quliyev apellyasiya şikayəti verib.

N.Quliyevi 2013-cü il avqustun 7-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları saxlayıb. O, qanunsuz odlu silah saxlamaqda təqsirli bilinib. N.Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.

2014-cü ildə Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il həbs cəzası alıb. Hökmdən narazı qalan sabiq nazir apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. O, həmin qərardan kassasiya şikayəti də verib. Ali Məhkəmə də sabiq nazirin şikayətini təmin etməyib.

N.Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini icra edib. O, daha əvvəl 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

Hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında Nicat Quliyev də yer alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG