Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:54

-

İmişli rayonunda intihar hadisəsinin baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, hadisə rayonun Boşçalılar kəndində qeydə alınıb.

Kənd sakini, 20 yaşlı Daşdəmir Əhmədzadənin həyətlərindəki çardaqdan asılmış meyiti aşkarlanıb. Onun meyiti bu gün səhər saatlarında tapılıb.

Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır.

Dünən də əslən Ağdam rayonundan olan, Sumqayıt Dövlət Universitetinin 3-cü kursunda təhsil alan 20 yaşlı gəncin özünü asdığı bildirilirdi.

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı söylənir. Ancaq ölkədə intiharların səbəblərini araşdıran mərkəz fəaliyyət göstərmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG