Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:27

-

Rusiyanın Baş naziri Dmitry Medvedev iyunun 6-da Bişkekə iki günlük rəsmi səfərə gedir. O, ölkə liderləri ilə görüşəcək, Müstəqil Dövlətlər Birliyinin (MDB) iclasına qatılacaq.

Medvedev iyunun 6-da prezident Almazbek Atambaev və baş nazir Sooronbai Jeenbekov-la görüşəcək.

İyunun 7-də Bişkekdə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək.

Rusiya Qırğızıstanın əsas ticarət tərəfdaşlarından biridir. Ötən il Qırğızıstanın ticarət dövriyyəsinin 24.9 faizi Rusiyaya olub.

Hər iki ölkə Moskvanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin üzvüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG