Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:03

-

Rusiyanın nəzarətində olan Krımda polis yerli sakinlərin etiraz aksiyasını dağıdıb. Onlar Qara Dəniz sahillərində əyləncəli at yürüşlərinin çimərliklərə girişi əngəlləməsinə qarşı çıxıblar.

Etiraz aksiyası paytaxt Simferopolun 50 kilometrliyində yerləşən Aluşta şəhərində keçirilib. Etrazçılar arasında yerli deputat Pavel Stepanchenko da olub.

Polis əməkdaşları Stepanchenko və digər etirazçıları yerlə sürükləyib. Polis aksiyanın icazəsiz olduğunu deyib.

Etirazçılar Rusiya Prezidenti Vladimir Putin-in hakim Vahid Rusiya Partiyasına qarşı şüarlar səsləndiriblər.

Rusiya Krımı 2014-cü ildə ilhaq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG