Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:29

Əfqanıstanda jurnalist öldürülüb


-

Əfqanıstanın cənubunda iş başında amerikalı jurnalist və əfqan tərcüməçi həlak olub. Jurnalist ABŞ-ın Milli İctimai Radiosunun (NPR) əməkdaşı idi.

Fotoqraf və video montajçı David Gilkey və tərcüməçisi Zabihullah Tamanna iyunun 5-də öldürülüb. Onların təhkim olunduğu əfqan ordu birləşməsi Helmand vilayətinin Marjah şəhərində atəşə tutulub.

NPR-ın bəyanatında deyilir ki, onlarla birlikdə olan daha iki NPR jurnalisti xəsarət almayıb.

50 yaşlı Gilkey bir neçə nüfuzlu mükafat sahibi idi. 38 yaşlı Tamanna isə Xinhua və Türkiyənin Anadolu Xəbər Agentliyi üçün çalışırdı.

2001-ci ildə ABŞ Əfqanıstanı tutandan 26 jurnalist öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG