Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:21

Vəli Qasımov «Neftçi»də qaldı


«Neftçi» komandası, 28 avqust, 2014
«Neftçi» komandası, 28 avqust, 2014

-

“Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Klubun rəsmi internet səhifəsinin xəbərinə görə, Vəli Qasımov 2016-2017-ci il mövsümündə “Neftçi”nin baş məşqçisi vəzifəsinə təsdiq olunub. İclasda, həmçinin klubun növbəti mövsümdə büdcəsi detallı şəkildə müzakirə edilib.

Vəli Qasımov “Neftçi”yə bu ilin martında müvəqqəti olaraq baş məşqçi gətirilmişdi.

O, özü də vaxtı ilə “Neftçi”də futbolçu kimi çıxış edib. Sonra "Dinamo" (Moskva), "Spartak" (Moskva), "Real Betis" və "Vitoria" (Setubal) kimi klubların şərəfini qoruyub. O, 1992-ci il Rusiya premyer liqasında bombardmançı olub.

“Neftçi” klubu bu mövsüm uğurlu çıxış etməyib. Topaz Premyer Liqasını 6-cı yerdə bitirib.

XS
SM
MD
LG