Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:16

Qazaxıstanın Aktobe şəhərinin bir neçə rayonunda atışmalar baş verib.

Qazaxıstanın Aktobe şəhərinin bir neçə rayonunda atışmalar baş verib.

Rusiya və Qazaxıstan mediasının xəbərlərinə görə atışmalar bazar günü gündüz yer alıb. Hücum edənlərin bir neçə silah mağazısını ələ keçirdikləri və daha sonra hərbi hissədə adamları girov götürdükləri və şəhərin 3 rayonunda polis idarəsinə basqın etdikləri xəbər verilir.

Hadisə zamanı xəsarət alanların olduğu bildirib.

Rəsmilər hadisə ilə əlasqədar antiterror əməliyyatına başlandığını söyləyirlər. Aktobenin bəzi hissələri qapadılıb, adamlardan evlərində qalmaları rica olunub.

Şəhərin ticarət mərkəzlərindən evakuasiya başlanıb.

Hücum edənlərdən bir neçəsinin həbs olunduğu xəbər verilir.

Qazaxıstanın baş prokurorluğu hadisə ilə bağlı rəsmi bəyanat veriləcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG