Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:13

Türkdilli ölkələri vahid gömrük siyasəti


Türkdilli dövlət başçıları
Türkdilli dövlət başçıları

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlər vahid gömrük prosedurları və standartların tətbiqinə dair protokollar imzalayacaqlar.

Bu barədə Trend-ə açıqlamasında TDƏŞ baş katibi Ramil Həsənov məlumat verib.

Onun sözlərinə görə, bu, Şuranın bütün ölkələrinə gömrük strukturlarını birləşdirməyə, eləcə də tranzit yüklərin daşınmasından ötrü sadələşdirilmiş və şəffaf prosedurları tətbiq etməyə imkan yaradacaq.

R. Həsənov bildirib ki, hazırda protokollar hazırlanma mərhələsindədir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan daxildir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Təşkilat 2009-cu il oktyabrın 3-də yaradılıb.

XS
SM
MD
LG