Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:51

Nazirlər Kabineti “İdman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları”na dəyişikliklər edib.

Report.az xəbər verib ki, dəyişikliklərə əsasən idman mərc oyunlarının keçirilməsinə görə vəsait Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi məbləğdə və qaydada ödəniləcək. Bununla da idman mərc oyunlarının təşkili və keçirilməsi xərclərinin artırılacağı gözlənilir.

Bundan əvvəl isə idman mərc oyunlarından əldə olunan dövriyyə məcburi ödənişlər tutulduqdan sonra operatorun sərəncamına verilirdi.

Məcburi ödənişlərə, vergi, mərc oyunları iştirakçılarının uduşları, bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissə daxil idi

İdman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti artıq Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. Əvvəl isə bu səlahiyyət Gənclər və İdman Nazirliyində olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG