Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:21

Tələbənin intihar etdiyi deyilir


Kəndir (arxiv fotosu)
Kəndir (arxiv fotosu)

Ağdam rayon Mirəşelli kənd sakini 20 yaşlı Əfqan Maqsud oğlu Məmmədovun intihar etdiyi bildirilir.

APA-ya bu barədə mərhumun yaxınları xəbər verib. Hadisənin Ə. Məmmədovun Sumqayıt şəhərində kirayə qaldığı evdə baş verdiyi deyilir.

Ə. Məmmədov Sumqayıt Dövlət Universitetinin 3-cü kurs tələbəsi olub. Hadisənin hansı səbəbdən baş verdiyi aşıqlanmır.

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı bildirilir. Ancaq ölkədə intiharların səbəbini araşdıran mərkəz yoxdur.

XS
SM
MD
LG