Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:19

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEK) magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirir.

İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, 16 mərkəzdə aparılır.

TQDK-nın məlumatına görə, ikinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Prosesin idarə olunmasına 60 imtahan rəhbəri, 677 nəzarətçi-müəllim ayrılıb.

Nəticələr elan olunduqdan sonra, şərtləri ödəyən bakalavrlar iyunun 9-dan 19-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etməkdən ötrü internet vasitəsilə ixtisas seçimini yerinə yetirməlidir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi mayın 3-dən 10-dək aparılıb. 9061 nəfər qəbul proqramını seçərək təsdiqləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG