Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:09

74 yaşında vəfat edən boks rinqinin əfsanəsi Muhammad Alinin doğulub böyüdüyü Louisville ABŞ-ın şərqindəki Kentucky ştatındakı ən qələbəlik şəhərlərdəndir. Bu şəhərin adamları onun ölümünə görə çox kədərlidir. Şəhər əhalisi “Muhammad Ali bütün dünyanın vətəndaşı idi, hamı onu sevirdi” deyir.

Vyetman müharibəsində orduya getməyi qəbul etməyən və müharibəyə etiraz etdiyi üçün həbs edilən boksçu həmin dövrə həbs və pul cəzası da almışdı. Muhammad Ali rinqdəki uğurları ilə də irqçiliyə, ayrı-seçkiliyə, müharibəyə qarşı idi. Bütün dünyada məşhur boksçu olmağı ilə bir arada həm də insan haqlarının fəal müdafiəçisi kimi tanınırdı.

Ailəsinin Cassius Marcellus Clay Jr. Adı verdiyi Muhammad Ali 22 yaşında islam dinini qəbul etmişdi.

Lousiville şəhərində onu tanıyanlardan biri Billy Moore deyir ki, Muhammad Alini ilk dəfə atasının idman zalında görüb: “O təkcə bir boksçu deyildi, insan kimi də yaxşılıq etməyi bacaran bir insan idi”.

Muhammad Ali 4 dəfə ailəli olub. Bu evliliklərdən 9 uşağı var.

Ən kiçik qızı 1977-ci ildə doğulmuş Leyla Ali 2007-ci ilə qədər professional boksla məşğul olub.

Muhammad Ali iyunun 3-də 74 yaşında vəfat edib. Onun ölüm xəbərini ailəsi iyunun 4-də yayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG