“Rüşvətxor polislər ya biabır olacaq ya da onları öz əlimlə öldürəcəm”, - bunu Filippinin yeni prezidenti seçilmiş Rodrigo Duterte 300 minlik kütlə qarşısında deyib.
O deyib ki, rüşvətxor polislər istefa versinlər, gözləməsinlər ki,onların adı açıqlansın, çünki onda biabır olacaqlar.
Duterte xəbərdarlıq edib ki, narkotik alverində əli olan polislər işdən çıxsınlar, yoxsa öldürüləcəklər.
O deyib: “mən zarafat etmirəm, mən sizi öldürəcəyəm”.
Filippində 120 min polis var. Polisdə korrupsiya yeni prezident seçilmiş Duterttenin əsas hədəflərindən biridir.
71 yaşlı Duterte iyunun 30-da and içib, yeni prezident vəzifəsinə başlaycaq. O söz verir ki, cinatətkarlığa və korrupsiyaya 6 ayın içində son qoyacaq.