Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:19

AİB kredit məsələsinə sentyabrda baxacaq


Kəmər tikintisi
Kəmər tikintisi

-

Asiya İnkişaf Bankı sentyabrın 27-də keçiriləcək toplantısında «Cənub Qaz Dəhlizi» və «Şahdəniz» qaz yatağının işlənməsinə kreditin ayrılması məsələsinə baxacaq.

Bu haqda AZƏRTAC banka istinadən xəbər verir.

AİB hər iki layihəyə ümumilikdə 1.505 milyard dollar dəyərində kredit ayıracağını açıqlayıb.

İnvestisiya planının məqsədinin Azərbaycanın fiskal mövqeyinin möhkəmlənməsinə, eləcə də təbii qaz satışı vasitəsilə gəlirlərin artmasına dəstək vermək olduğu bildirilir. Krediti «Cənub Qaz Dəhlizi» QSC istifadə etməlidir.

«Cənub Qaz Dəhlizi» QSC prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü il fevralın 25-də yaradılıb. Bunda məqsəd «Şahdəniz» qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Xəttinin genişləndirilməsi, TANAP və TAP layihələrinin idarə olunmasını təmin etməkdir.Həmin sərəncamla Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi Neft Fonduna, idarə edilməsi isə İqtisadiyyat Nazirliyinə tapşırılıb.

«Şahdəniz-2» yatağından hasil olunacaq qazın 3 min 500 kilometr uzunluğundakı «Cənub Qaz Dəhlizi» ilə Avropaya daşınması nəzərdə tutulur.

TANAP və TAP layihələri «Cənub Qaz Dəhlizi»nin ayrı-ayrı hissələrini təşkil edir.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi «Şahdəniz-2»dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi isə TANAP-ın davamıdır.

XS
SM
MD
LG