Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 21:55

Qurultayın yekun qətnaməsi qəbul olunub


Dünya Azərbaycanlılarının IV Qurultayı

Dünya Azərbaycanlılarının IV Qurultayı

-

«Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İcraçı Katibliyi dövlət orqanları ilə məsləhətləşmələr əsasında Dağlıq Qarabağ münaqişəsinin tarixi, nəticələri və nizamlanması ilə bağlı məlumatların toplandığı mərkəzin yaradılmasını təmin etməlidir. Bu məqsədlə zəruri büdcə təmin olunmalıdır».

Dünya Azərbaycanlılarının IV Qurultayının yekun qətnaməsində belə deyilir.

Qətnamədə Katibliyə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin potensialından səmərəli istifadə etməkdən ötrü işlərin vahid mərkəzdən koordinasiyası tapşırılır.

Qurum həmçinin, xarici ölkələrdə yaşayan azərbaycanlıların daimi yaşayış hüququ, vətəndaşlıq alması barədə dövlət qurumları qarşısında məsələlər qaldıracaq.

Bu qurultay iyunun 3-də başlamışdı.

Dünya Azərbaycanlılarının I qurultayı 2001-ci ildə, II qurultay 2006-cı ildə, III qurultay isə 2011-ci ildə Bakıda keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG