Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:20

Türkiyə Avropaya xəstə suriyalı göndərir


Qaçqınlar
Qaçqınlar

-

Hollandiya və Belçika Türkiyənin Avropaya diqqət çəkəcək miqyasda xəstə və aztəhsilli suriyalı göndərdiyini iddia edir.

Belçikanın miqrantlarla bağlı naziri Theo Francke-nin sözçüsü deyib ki, ölkəsi bundan çox narahatdır. O deyib ki, Türkiyənin bu mövqeyi Avropa Birliyi ilə imzalanan miqrant razılaşmasına ziddir.

Hollandiyanın Ədliyyə Nazirliyi də bildirib ki, Türkiyənin Avropaya göndərdiyi miqrantların böyük bir hissəsinin səhhətində ciddi problemlər var.

Türkiyə ilə Avropa Birliyi arasındakı razılaşmaya görə, Yunanıstanın geri qaytardığı hər miqranta qarşılıq bir suriyalı miqrant Avropaya göndəriləcək. Buna görə Avropa Birliyi Türkiyəyə 6 milyard avro ödəyəcək.

Razılaşmaya görə, Türkiyə indiyə qədər Avropaya 400 suriyalı miqrant göndərib.

XS
SM
MD
LG