Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:50

C.Həsənli yenidən Milli Şuranın sədr seçilib


Cəmil Həsənli
Cəmil Həsənli

-

Professor, son prezident seçkisində əksər müxalif qüvvənin namizədi olmuş Cəmil Həsənli yenidən Milli Şuranın sədri seçilib. Qərar müxalif qüvvələrin bir qismindən formalaşan Milli Şuranın iyunun 4-də keçirilən sessiyasında qəbul edilib.

C.Həsənlinin namizədliyini AXCP sədri Əli Kərimli irəli sürüb. Şuranın digər üzvləri də bu təklifə tərəfdar çıxıblar. C.Həsənli sədrliyə yekdilliklə seçilib, onun namizədliyinin əleyhinə çıxan olmayıb.

Seçkidən sonra çıxış edən C.Həsənli Azərbaycanda müxalifdə qalmağın çox çətin olduğunu bildirib. Sədrliyin üzərinə əlavə məsuliyyət qoyduğunu deyən C.Həsənli hökumətə qarşı mübarizənin davam edəcəyini vurğulayıb.

Milli Şura həmçinin, təşkilati və cari məsələlərə də baxıb. Quruma yeni üzvlər seçilib, Koordinasiya Mərkəzi yenidən formalaşdırılıb.

Ölkədəki ictimai-siyasi durumun müzakirəsi zamanı çıxış edənlər tənqidi fikirlər səsləndiriblər. Siyasi motivli həbslərin dayanmadığı, hüquq-mühafizə qurumlarının, məhkəmələrin hakimiyyətin əlində alətə çevrildiyi qeyd olunub.
Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il prezident seçkisi ərəfəsində yaradılıb. Sonradan Müsavat və bir sıra müxalif partiyalar bu qurumdan uzaqlaşıblar. Quruma daxil olan AXCP-nin 10-dan çox üzvü hazırda həbsdədir.

XS
SM
MD
LG