Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:59

Türkiyə məhkəməsi 29 yaşlı Erdal E. adlı Türkiyə vətəndaşına 108 il həbs cəzası kəsib. Dogan agentliyinin məlumatına görə, prokuror hətta 289 il həbs tələb edirdi.

Erdal Gaziantəpədə Suriya qaçqın düşərgəsində xidmətçi işləyirdi. O, suriyalı 8 qaçqın uşağına qarşı seksual təcavüzdə günahkar bilinib. 8-12 yaşı olan bu oğlan uşaqlarının hər birinə Erdal yarım dollar pul verirmiş.

Erdalın özü günahkar olduğunu inkar edib. O deyib ki, bu cinayəti polisdə işgəncə ilə onun boynuna qoyublar.

Frans Press agentliyinin məlumatına görə, Türkiyənin Birgün qəzeti isə yazır ki, təcavüzə uğrayan uşaqıarın sayı 30-dur, şikayət edənlər cəmi 8 nəfərdir. Qalanlarının valideynləri qorxublar ki, şikayət etsələr, onların qaçqın statusu əllərindən alınar və geriyə- Suriyaya qaytarırlarlar.

Türkiyədə 2,7 milyon Suriya qaçqını var. Frans Press agentliyinin məlumatına görə, Suriya qaçqınları olan düşərgələrdə yardım təşkilatları qaçqın uşaqlarına seksual təcavüz haqda daim xəbərdarlıq edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG