Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:22

Afrikada investisiya axtarışı


Yohannesburq
Yohannesburq

-

Yohannesburq şəhərində Azərbaycan-Cənubi Afrika Ticarət Palatasının təsis edilməsi münasibətilə təqdimat mərasimi keçirilib.

Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyindən verilən məlumata görə, tədbirdə bu ölkənin dövlət strukturları, biznes nümayəndələri, iş adamları və diplomatik korpusun üzvləri iştirak edib.

Səfir Elxan Poluxov deyib ki, Azərbaycanda islahatlar, iqtisadiyyatın şaxələndirilməsi həyata keçirilir.

O, Azərbaycan və CAR arasında ikitərəfli münasibətlərin hərəkətverici qüvvəsinin iqtisadi əməkdaşlıq olduğunu bildirib. Səfir Azərbaycanda əlverişli biznes mühiti, həmçinin sərmayələrin qoyuluşuna münbit şərait yaradıldığını deyib.

Ticarət Palatasının sədri Miles Chambers palatanın iqtisadi münasibətlərdə inkişafa xidmət edəcəyini qeyd edib.

XS
SM
MD
LG