Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:40

Yağış, şimşək və dolu gözlənir


Yağış
Yağış

-

İyunun 5-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 17-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Sabah ölkənin bəzi rayonlarında isə gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı qeyd edilir. Yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Gecə 17-22, gündüz 29-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

XS
SM
MD
LG