Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:13

-

Muhammad Alinin doğma şəhəri olan Luisvildə bayraqlar endirilib. Şəhər meri Grag Fisher deyib ki, Alinin xatirəsinə ehtiram olaraq bütün hökumət binalarında bayraqlar yarıyacan endirilib.

ABŞ prezidenti Barack Obama Muhammad Ali haqda deyib: “o, doğru-düzgün olan uğrunda vuruşurdu”

Bir gün əvvəl vəfat edən keçmiş dünya çempionu Muhammad Ali barədə Obama daha sonra əlavə edib ki, “o bizim uğrumuzda vuruşurdu”.

“O, rinqdən kənar mübarizəsi ilə dünya çempionu titulunu da itirə bilərdi,ictimai qınaq da qazana bilərdi, onun həm solçular , həmhəm sağçılar arasındandüşmənləri yarana bilərdi, onu həbsxanaya da sala bilərdilər. Ancaq Ali öz mövqeyində dururdu. Biz indi onun qələbəsiin bəhrəsini görürük”.

Amerikalı əfsanəvi boksçu Muhammad Ali 74 yaşında Arizona ştatında xəstəxanada vəfat edib.

Bu haqda onun ailəsi məlumat yayıb.

O, 32 il idi ki Parkinson xəstəliyindən əziyyət çəkirdi. 2014-cü ildən isə səhhətindəki problemlər daha da artmışdı.

Əsl adı Cassius Marcellus Clay Jr. olan boksçu 1964-cü ildə İslam dinini qəbul edəndən sonra Muhammad Ali oldu. O, 3 dəfə WBA versiyası üzrə dünya çempionu olub.Karyerası boyu yarışdığı 61 qarşılaşmanın 56-dan qalib ayrılıb.

Muhammad Ali 1960-cı illərdə irqçilik əleyhinə və Vyetnam müharibəsi əleyhinə çıxışları ilə böyük populyarlıq qazandı.

O, 1960-cı illərdə Vyetnam müharibəsində iştirakdan imtina etdiyinə görə, dünya çempionu adı əlindən alındı və həbsə salındı.

Muhammad Ali Vyetnam müharibəsinə getməkdən imtina edəndə deyirdi:"Mən başa düşmürəm niyə 10 min km gedib, mənə heç vaxt "zənci" deməyən, küçədə üstümə it qısqırtmayan, linç etməyən, azadlığı, ədaləti əlimdən almayan adamlara güllə atmalıyam?"

Keçmiş dünya çempionu George Foreman Muhammad Ali haqda deyib: "O mənim ömrümdə gördüyüm ən böyük və ən yaxşı insanlardan biri idi"

Amerikanın məşhur boks yarışlarının təşkilatçısı Don King deyir ki, insan haqları durduqca, Muhammad Ali yaşayacaq - o, insan haqları uğrunda Martin Luter King kimi mübarizlərlə yanaşı durur.

Vətəndaş haqları fəalı Jesse Jackson Twitterdə yazıb: "Muhammad Alinin ruhuna dua oxuyaq. O, dünya çempionu, sosial həyatı dəyişən və müharibə əleyhinə qəhrəman idi".

Pele İnstagramda yazıb: "Muhammad Ali mənə dost idi, mənim pərəstiş etdiyim qəhrəman idi".

Maradona isə deyib: "Bütün dövrlərin ən yaxşısı getdi".

Muhammad Ali belə vuruşurdu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG