Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:33

ABŞ-ın Aralıq dənizində üzən “Harry Truman” gəmisindəki qırıcı təyyarələri “İslam Dövləti” qrupunun mövqelərinə zərbələr endiriblər.

Bu barədə Röyters agentliyi ABŞ hərbi-dəniz donanmasının komandanlığına istinadla xəbər verir.

Bu 2003-cü il İraq müharibəsindən bu yana təyyarədaşıyan gəmidən Yaxın Şərqdəki hədəflərə ilk zərbədir.

Məlumatlara görə təyyarələr qalxdıqdan sonra Süveyş Kanalına girib.

Amma zərbələrin İraq, yoxsa Suriyadakı mövqelərə endirilməsinə aydınlıq gətirilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG