Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:37

-

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində sürüşmə yenidən aktivləşib.

Report-un xəbərinə görə, son günlər yağan yağışlar ərazidə təhlükəli vəziyyət yaradıb. Tonlarla torpaq qatının sürüşərək avtomobillərin intensiv hərəkət etdiyi yola töküldüyü bildirilir.

Ötən gün axşam yolda təmizlik işləri aparılsa da, təkrar axıb gələn torpaq qatının avtomobillərin hərəkətinə maneələr yaratdığı deyilir. Xəbərdə həmçinin qeyd edilir ki, əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Texnika yolun yamac hissəsində yığılıb qalan torpaq qatını təmizləyir.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti də ərazidə növbətçi işçi qüvvəsi yaradıldığı, sürüşmə zonasının diqqətdə saxlandığını bildirilir.

Bakı-Şamaxı-Yevlax yolu Qobustan rayonu ərazisinə düşür. Oradan Şamaxı şəhərinə cəmi 10-15 kilometrdir. Həmin ərazinin lap yaxınlığında türk əsgərinin qəbri üstündə salınan abidə yerləşir. Ərazi sürüşməyə meyilli olduğundan bu abidə kompleksində də bundan əvvəl çatlar əmələ gəlmişdi.
Həmin ərazidə tez-tez sürüşmə olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG